Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun açılışı olub – FOTO

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku start götürüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yarışların birinci günündə fərdi proqramda təsnifat yarışları keçirilir.

Əvvəlcə gimnastlar halqa və toplarla hərəkətləri yerinə yetirəcək. Bundan başqa, qrup hərəkətləri proqramında təsnifat mərhələsi baş tutacaq. Komandalar 5 topla hərəkətləri nümayiş etdirəcək.

Qeyd edək ki, Dünya Kuboku mayın 7-dən 9-dək keçiriləcək.

Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edəcək.

Dünya Kubokunda 35 ölkədən qrup komandaları tərkibində 99 (16 qrup), fərdi proqram üzrə isə 60 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

Trend-in verdiyi məlumata əsasən, Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi zamanı iştirakçı ölkələrin bayraqları zala gətirilib.

Yarış iştirakçıları aprelin 30-da vəfat etmiş gənclər və idman naziri Azad Rəhimovun xatirəsini yad edib. Arenada quraşdırılmış ekranda A.Rəhimovun gimnastların yarışları və məşqləri zamanı çəkilmiş şəkilləri nümayiş etdirilib.

Açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma