Gəncədə küçə və prospektlərə su dolub – VİDEO

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərində yağış sularından zərər çəkmiş insanlara yardım edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü külək respublikanın ayrı-ayrı bölgələrində intensiv yağıntılarla müşayiət olunub.

Belə ki, mayın 5-i səhər saatlarından yağan intensiv yağışlar nəticəsində Gəncə şəhərində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə, küçə və prospektlərə yağış sularının dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciətlər daxil olub.

Müraciətlər əsasında Nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikası yağış sularının yığıldığı ərazilərə cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində əksər ərazilərdə suyun çəkilərək kənarlaşdırılması təmin edilib, bəzi ünvanlarda isə işlər hazırda davam etdirilir.  

Leave a Reply Cancel reply