Beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya elan edilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ABŞ-ın nüfuzlu ali təhsil müəssisəsi olan Corc Vaşinqton Universiteti ilə birgə magistratura səviyyəsində həyata keçirilən “Təhsil və insan kapitalının inkişafı” ixtisası üzrə beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya elan edir. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ali təhsilli, minimum magistr dərəcəsi (PhD arzuolunandır), müvafiq sahə üzrə 5 illik iş təcrübəsi, Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyətlərinə malik namizədlər aşağıdakı fənlər üzrə aspu_gwu@adm.dp.edu.az elektron ünvanına 15 may 2021-ci il tarixinədək müraciət ünvanlaya bilərlər: 

– Riyaziyyat və statistika (Math & Statistics);
– Təhsildə  bərabərlik, müxtəliflik və inklüzivlik (Equity, Diversity and Inclusion in Education);
– Təhsil psixologiyası (Educational Psychology);
– Məlumat əsaslı qərarvermə (Data Driven Decision-making);

Qeyd edək ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramı 2020-ci tədris ilindən həyata keçirilir. Proqramda tədris ingilis dilindədir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma