Tərtərdə polis əməkdaşına zor tətbiq edilib

Aprelin 30-da saat 12 radələrində Tərtər rayonu, Qaradağlı kəndi ərazisində  Tərtər rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, araşdırmalarla müəyyən edilmişdir ki, Mənsim Aslanov rayonun Qaradağlı kəndi ərazisində yerləşən komendant postundan icazəsiz olaraq keçməyə cəhd edərkən həmin postda xidməti vəzifəsini icra edən polis əməkdaşı Şəhriyar İsayevin qanuni tələblərinə tabe olmayaraq idarə etdiyi “Volqa QAZ-31029” markalı avtomobili sonuncunun üzərinə sürüb vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. 
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıbmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma