“Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyası yaradılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında” sənəd imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, komissiyanın yaradılmasında məqsəd Azərbaycan Respublikasında radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyini artırmaq və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirməkdir.

Komissiya aşağıdakı tərkibdə yaradılır:

Dövlət Komissiyasının sədri – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Dövlət Komissiyasının üzvləri:

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini.

Sərəncama əsasən, Dövlət Komissiyasının qərarı ilə dövlət orqanlarının (qurumlarının) nümayəndələri Dövlət Komissiyasının işinə cəlb edilə bilərlər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Leave a Reply Cancel reply