İlk yerli zərərverici analizi proqramının “beta” versiyası istifadəyə verilib – VİDEO

Uzun zamandır üzərində işlədiyimiz zərərvericilərin analizi üçün hazırlanmış olan tətbiqin ilkin “beta” test versiyası artıq hazırdır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən Microsoft tərəfindən də tətbiqin leqitimliyi üçün sertifikat əldə edilmiş və proqram təminatına inteqrasiya edilmişdir.

Hazırda 3 dildə (azərbaycan, ingilis, rus), 1 milyonluq (məhdudlaşdırılmış) zərərverici imza bazası ilə təchiz olunmuş beta versiyaya, şübhəli faylların analizi üçün onların Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin “Malware Lab”-ına təqdim olunması və CERT.gov.az informasiya resursunda dərc olunan xəbər və məqalələrin istifadəçilərə xəbərdarlıq kimi göstərilməsi funksiyaları da əlavə olunmuşdur.


Test buraxılışının məqsədi real istifadəçilərin bu proqram təminatının müsbət və mənfi tərəflərinin eləcə də funksional imkanlarının dəyərləndirilməsi, həmçinin sisteminin davamlılıq və sair kimi texniki performansının ölçülməsidir. Beta versiyasının istifadəsindən əldə olunacaq məlumatlar, istifadəçi dəyərləndirmələri (feedback) layihənin inkişaf etidirilməsi və gələcəyini proqnozlaşdırmaqda bizə yardımçı olacaqdır.


Qeyd etmək istərdik ki, layihənin pro versiyasında yanaşma beta versiyasından fərqli olaraq “cloud base” hazırlanması nəzərdə tutulub. Belə yanaşma günü gündən artan zərərverici imza bazasının və bir sıra analiz imkanlarının kompüterlərə yüklənməsindən və kompüter performansını azaltmasından qurtulmaq, eyni zamanda analizlərdə bulud əsaslı süni intellektin tətbiqi üçün nəzərdə tutulmuşdur.

Proqramın beta versiyasını keçiddən endirə bilərsiniz: Malware-Lab (MAP)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma