Qəbul imtahanının ikinci mərhələsi üçün yeni sınaq imtahanı imkanı yaradılıb

Dövlət İmtahan Mərkəzi onlayn sınaq imtahanı vermək istəyənlər üçün alin təhsil ocaqlarına qəbul imtahanının ikinci mərhələsi üçün yeni sınaq imtahanı imkanı yaradıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, onlayn sınaq imtahanı imkanı Dövlət İmtahan Mərkəzinin  https://otk.az/ portalında yaradılıb.

DİM tərəfindən portala ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə (I, II, III və IV ixtisas qrupları üzrə) uyğun yeni №3 2021 sınaq imtahanı (Azərbaycan və rus bölmələri üçün) əlavə olunub. Abituriyentlər sınaq imtahanı verməklə özlərinin imtahana hazırlıq səviyyələrini yoxlaya bilərlər.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlamaq imkanına malikdirlər.

Onlayn imtahan başa çatan kimi iştirakçılar imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə və öz cavabları ilə düzgün cavabları müqayisə edə bilərlər.

Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma