Gənclər üçün “Karyera və iş yarmarkası” keçiriləcək

Mayın 4-də Qəbələ şəhərində “Karyera və iş yarmarkası” keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunacaq tədbirdə Qəbələdə fəaliyyət göstərən turizm şirkətləri tərəfindən mövcud vakansiyalar haqqında məlumat veriləcək, iş yerləri təklif olunacaq.

Gənclərin məşğulluğunun təmin olunması məqsədilə keçirilən tədbir sonuncu kurs tələbələrinə və işsiz gənclərə açıqdır.

Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil ediləcək.

“Karyera və iş yarmarkası” Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və “Gabala Hospitality Group” ilə birgə əməkdaşlığı çərçivəsində keçiriləcəkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma