Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının tarixləri açıqlanıb

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilmə qrafiki elan edib.

DİM tərəfindən 2021-ci il 2-3, 9-10 və 16-17 iyun tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

İyun ayının əvvəllərində Bakı şəhərində beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar 2-3 iyun tarixlərində keçiriləcək buraxılış imtahanları Bakı istisna olmaqla digər şəhər və rayonlarda təşkil olunacaq. Növbəti tarixlərdə olan imtahanlar isə yerdə qalan rayonlarla yanaşı, Bakı şəhərində də təşkil olunacaq.

Qeyd olunan tarixlərə uyğun imtahanların rayon və şəhərlər üzrə keçirilmə ardıcıllığı yaxın vaxtlarda elan olunacaq.

Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma