Sabah çaylarda sululuq arta bilər

Aprelin 29-da gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

TIME Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadən bildirir ki, aprelin 29-u axşam qərb rayonlarından başalayaraq mayın 3-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayr-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25  m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Aprelin 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz  23-28, dağlarda gecə 5-10,  gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Aprelin 29-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma