Kimyəvi silahın məhv edilməsi Qaydası təsdiq edilib

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi Qaydasını təsdiq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi Qaydası”nda kimyəvi silahların məhv edilməsi zamanı riayət olunmalı tələblər, kimyəvi silahların məhv edilməsi qaydası, onların məhvedilməsi ilə bağlı məlumatın verilməsi və məhv edilməsinə nəzarətlə bağlı məsələlər tənzimlənir.

Leave a ReplyCancel reply