Həftə sonları ictimai nəqliyyatın hərəkətinə qadağa nə vaxt götürüləcək? – VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlinin iştirakı ilə mətbuat konfransı keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, konfrans çərçivəsində V. Kərimli ictimaiyyəti ən çox narahat edən məsələlərdən biri olan, həftə sonları avtobusların işləməməsindən danışıb və bildirib ki, bu qadağa nəqliyyatın fəaliyyətinə ciddi təsir göstərir: “Operativ Qərargaha təklif vermə hüququ bizdə deyil. Ona görə bu haqda bir söz deyə bilmərik. Avtobusların həftəsonu məhdud qrafiklə işləməsi isə yenə də problem yaradacaq. Məsələn, şənbə və bazar günləri ictimai nəqliyyat 20:00-a qədər işləyərsə, o zaman 18:00-20:00 aralığında əhalinin sıxlığı yarana bilər. Ya ictimai nəqliyyat həftəsonu işləməlidir, əhalidə rahatlıq olmalıdır, ya da işləməməlidir. Bizim yanaşma belədir”.

“Bakı Kart”ın balansını onlayn artırmaq imkanı haqda bəhs edərək BNA rəhbəri bildirib ki, bu istiqamətdə işlər pandemiyaya görə təxirəsalınıb və bu ilin sonuna kimi yeni xidmətin göstərilməsi nəzərdə tutulur.

V. Kərimli paytaxtın küçələrində qeyri qanuni parklanma xidmətləri göstərən şəxslər haqda fikirini bildirib və qeyd edib ki, “parkovşik” adlanan bu şəxslərin BNA-ya heç bir aidiyyəti yoxdur: “Bu gün Bakı şəhərində kim 1 manatı elə belə yığa bilər? Onların arxasında müəyyən himayədarlar var.Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söz gedə bilməz. BNA tərəfindən hər hansı parklanma yerində duran şəxsə vəsiqə verilməyib. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib”.

O qeyd edib ki, BNA məqsədi Bakı şəhərində yeraltı və yerüstü qarajlara investiyaların cəlb edilməsi idi,lakin gəliri və tarifi hesablamadan investisiyanı cəlb etmək mümkün deyil.

“Parklanma ilə bağlı ilkin pilot layihə 6-cı paralel küçəsində tətbiq ediləcək. Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra həmin layihə Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək və “parkovşik” məsələsi qalmayacaq. Bu, bizim dövrdə yaranmayıb, əvvəlki dövrlərdən bizə miras qalıb”.

Gələcək planları açıqlayan BNA rəhbəri yaxın zamanda yeni iş yerlərinin açılacağı haqda məlumat verib. Belə ki, Zığ qarajının inşası yekunlaşdıqdan sonra burada 850 yeni iş yeri yaradılacaq və işlərə daha çox həssas təbəqədən olan şəxslər cəlb olunacaq: “Hazırda Zığ qarajının inşası aparılır. Burada 250 avtobusun saxlanılması gözlənilir. Qarajın inşası bitdikdən sonra 850 yeni iş yeri açılacaq”.

Eyni zamanda qeyd edilib ki, bütün paytaxt yollarında avtobus zolaqları təşkil ediləcək və bu məsələ artıq Bakının Baş Planında yer alıb: “Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası daha 10 küçə və prospektdə xüsusi hərəkət zolaqlarının təşkil olunmasını təsdiq edib. Bu çərçivədə artıq 7 ünvanda zolaqların təşkili yekunlaşıb. Hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma