Azərbaycanda ərzaq ucuzlaşa bilər – Asiya İnkişaf Bankı

2021-ci ildə Azərbaycanda inflyasiya 3,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Trend-in verdiyi məlumata əsasən, bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asian Development Outlook-2021” hesabatına bildirilib.

Proqnozlara əsasən, 2022-ci ildə Azərbaycanda inflyasiya 3 faizədək azalacaq.

Qeyd olunur ki, buna daxili ərzaq qiymətlərinin proqnozlaşdırılan azalması səbəb ola bilər.

2020-ci ildə Azərbaycanda inflyasiya 2,8 faiz təşkil etmişdi.

Leave a Reply