I sinfə qəbulla bağlı “Whatsapp” hesabı yaradılıb

Təhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı “Whatsapp” hesabı yaradılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, vətəndaşlar həmin “Whatsapp” platforması vasitəsilə də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa biləcəklər. Məqsəd birinci sinfə qəbul prosesi zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.

Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az  elektron portalı vasitəsilə aparılır.

Keçid: https://api.whatsapp.com/send/?phone=994512067848

“Whatsapp” nömrə: (+994) 51 206 78 48

Təhsil Nazirliyinin rəsmi internet saytının “Sual-cavab” bölməsinə (https://edu.gov.az/az/faq) “Virtual bələdçi” xidməti əlavə edilib. Yeni xidmət vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallarınıza cavab tapa bilərsiniz. 

Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma