Böyrək xəstələri COVID-19 necə mübarizə aparmalıdırlar, peyvənd oluna bilərmi?

COVID-19 virusu pandemiyası elan edildiyi ilkin mərhələdə virusun xroniki xəstələrdə ağırlaşmalara gətirib çıxardığı bildirilirdi. Daha sonra vaksinasiya prosesi ərəfəsində xroniki xəstəliklərdən əziyyət çəkən insanların peyvənd olunması tövsiyə edilmirdi. Lakin mütəxəsislərin müşahidələrinə əsasən bu göstərişlər bütün xroniki xəstəliklərə aid deyil və bu məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi müxtəlif sahələr üzrə həkimlərlə müsahibələr təqdim edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, növbəti müsahibədə Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev xroniki böyrək xəstəliklərindən əziyyət çəkən insanları maraqlandıran sualları cavablandırıb. Ekspertin spzlərinə əsasən, həm xroniki böyrək, həm dializ alan, həm də transplantasiya olunan xəstələr vaksinasiya oluna bilər

Böyrək xəstələri COVID-19 risk qrupları sırasına aid edilirmi?

Xroniki böyrək xəstəlikləri, xüsusi ilə dializ müalicəsi alan və transplantasiya olunmuş xəstələr COVID-19 risk qrupuna aiddir.

Böyrək xəstələri COVID-19-a qarşı hansı tədbirləri görməlidir?

Xəstəliyin vaxtında müalicə olunması üçün həkimə müraciət etməli, yanaşı olaraq şəkərli diabet və hipertoniya xəstəliyi varsa, onların dərman korreksiyasına nail olmalı, hər hansı simptom baş verərsə dərhal həkimə müraciət etməlidir.

COVID-19-a qarşı risk dərəcəsinə görə kəskin və xroniki böyrək xəstələri arasında fərq varmı?

Həm kəskin həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVID-19 risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir.

Böyrək xəstəliyi və COVID-19 müalicəsi necə aparılır?

Böyrək xəstəlikləri olan xəstələrdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri anoloji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir.

Ən çox verilən suallardan biri, böyrək xəstəliklərindən əziyyət çəkən insanlar COVID-19-a qarşı peyvənd oluna bilərmi?

Həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlar vaksinasiya oluna bilər və tövsiyə olunur. Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır.

Xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma