Əməkdar artist Baloğlan Əşrəfov dünyasını dəyişib

Tanınmış müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Baloğlan Əşrəfov 2021-ci il aprelin 26-da 70 yaşında vəfat edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Baloğlan Xanoğlan oğlu Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. Kənd məktəbində orta təhsil almaqla yanaşı, rayon musiqi məktəbində 5 illik tar kursunu bitirib. BDU-nun Filologiya fakültəsində ali təhsil alıb (1978), beş il kənddə müəllim işləyib.

Əmək fəaliyyətinə 1971-ci ildə başlayan Baloğlan Əşrəfov el şənliklərində, televiziya proqramlarında çıxışları, özünəməxsus ifa tərzi, həzin səsi ilə tamaşaçı və dinləyici rəğbəti qazanıb.

Müğənni musiqi sənətində uzunmüddətli və səmərəli fəaliyyətinə görə 2007-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Baloğlan Əşrəfov aprelin 27-də Masallı rayonunun Bədəlan kənd qəbiristanlığında dəfn edilib. Tanınmış müğənninin əziz xatirəsi onun sevənlərin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma