Tibb işçilərinin əməkhaqlarına əlavələr iyunun 1-dək ödəniləcək

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavələrin ödənilməsinin müddəti 2021-ci il martın 31-dən iyunun 1-dək uzadılıb.

Leave a Reply