DİM onlayn hazırlıq kursları təşkil edir

Dövlət İmtahan Mərkəzi tərəfindən 24-25 aprel 2021-ci il tarixlərində riyaziyyat, tarix, kimya, biologiya, coğrafiya və ingilis dili fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kursları keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən onlayn həyata keçiriləcək.

Kurslarda Bakı, Gəncə, Şəki, Şirvan, Göyçay, Xaçmaz və Naxçıvandan Dövlət İmtahan Mərkəzinin elektron qeydiyyatından keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər.

Leave a Reply