Gömrükdə 122 kiloqramdan çox heroin aşkar edilib – FOTO/VİDEO

Ölkəyə qaçaqmalçılıq yolu ilə sərhəddən 122 kiloqramdan artıq narkotik vasitə – heroin keçirilməsinin qarşısı alınıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Rusiya Federasiyasına alma yükü aparan İran İslam Respublikası vətəndaşı Nasiri Sadaghiani Peymanın idarə etdiyi “Scania” markalı “39AA901/39AA902” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Baxış zamanı kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin müxtəlif hissələrinə, eləcə də dartıcının kabinəsinə reaksiya verib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən müxtəlif rəngli 153 kapsula aşkar edilib.

Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun arxa hissəsinə, iki taylı qapısına da reaksiya verib. Bundan sonra yük nəqliyyat vasitəsi Astara gömrük postunun inzibati ərazisində olan stasionar rentgen qurğusundan keçirilib. Bu zaman qapıların hər iki divarının arasında yerləşən, qoşqunun temperaturunun tənzimlənməsi məqsədi ilə zavod konstruksiyasında nəzərdə tutulmuş penoplast kütləsinin çıxarıldığı və yerinə qapının hündürlüyü boyunca qara rəngli parçaya bükülən 12 ədəd bağlamada hər birində 17-21 ədəd olmaqla, ümumilikdə 240 ədəd yapışqanlı lentlə sarınmış, düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Baxış zamanı bağlamalarda 122 kq 480 qram açıq-qəhvəyi rəngli narkotik vasitə – heroinin qablaşdırıldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma