“Dərs vaxtı” yeni formatda yayımlanacaq

Aprelin 24-dən etibarən “Dərs vaxtı”nda yeni formatda dərslərin yayımına başlanılır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu dəfə müəllimlər canlı yayım vasitəsi ilə şagirdləri maraqlandıran suallara aydınlıq gətirəcək, çətinlik çəkdikləri məsələləri, açıq tipli və situasiya tapşırıqlarını, qavranılması çətin olan mövzuları izah edəcəklər.

Sözügedən dərslər hər şənbə günü saat 11:00-da Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Şagirdlər onları düşündürən sualları canlı yayım zamanı feysbuk postunun rəy bölməsində qeyd edə və yaxud dersvaxti@edu.gov.az elektron ünvanına yazıb göndərə bilərlər. 

Leave a Reply Cancel reply