“BakuBus” sürücülərin işə qəbulunu elan edib

“D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsinə malik, yaşı 23-dən az və 65-dən çox olmayan, həmçinin, avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan sürücülər “BakuBus” MMC-yə müraciət edə bilərlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tələblərə uyğun şəxslər cv@bakubus.az elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.

Fəaliyyətini tam olaraq qanunvericiliyin tələblərinə uyğun qurmaqla sərnişindaşıma sektorunda bir nümunə olan “BakuBus” MMC-də sürücü kimi çalışmağın bir sıra üstünlükləri var. Bunlar aşağıdakılardır: 


➢ Əmək müqaviləsi əsasında işə qəbul

➢ 2 növbəli, 8 saatlıq iş rejimi

➢ Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat 

➢ Gələcək pensiya təminatı

➢ Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə)

➢ İl ərzində əmək məzuniyyətindən istifadə olunması

➢ Sanatoriyalara göndərişlərin verilməsi

➢ Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat

➢ Xüsusi geyim forması ilə təminat

Qeyd edək ki, “BakuBus” MMC-də çalışan sürücülər qanunvericiliklə müəyyən olunan bütün hüquq və imtiyazlardan yararlanırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma