Qazilər və şəhid ailələri dövlət tərəfindən psixoloji yardımı harada və necə ala bilərlər?

Azərbaycanın Qarabağ uğrunda 44 müharibəsi qələbə ilə başa çatdı, lakin sağlamlıqlarını və canlarını Vətən uğrunda qurban verən qazilərimizin və şəhidlərimizin ailələrinin həyatı artıq həmişəlik dəyişdi və onların yeni reallıqla barışmaları və keçirdikləri psixoloji sarsıntılara da qalib gəlməsi üçün xüsusi mütəxəssislərin köməyinə ehtiyacları var və bu kömək dövlət tərəfindən göstərilir.  

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov müdsahibəsində qazilər və şəhid ailələrinə xidmət göstərən Psixoloji Mərkəzlərin fəaliyyəti haqqında məlumat verib.

F. İsmayılovun sözlərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədi ilə Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə Komissiya yaradılıb. Hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərəcək mərkəzlərin yaradılması barəsində göstərişlər verilib.

Hazırda bu mərkəzlərin fəaliyyəti başlayıbmı?

Hazırda Bakı şəhərində və bölgələrdə bütün mərkəzlər fəaliyyətə başlayıb. Bu vacib, geniş miqyaslı iş Nazirlər Kabinetinin qərarından sonra iki ay müddətində öz həllini tapdı. Bildiyiniz kimi bu qərarın həyata keçirilməsinə rəhbərlik Səhiyyə Nazirliyinə həvalə olunub. Səhiyyə Nazirliyi tərəfindən Psixi Sağlamlıq Mərkəzinin başçılığı ilə koordinasiya qrupu yaradıldı. Mütəxəssis seçimi, müəssisə seçimi, təlimlərin təşkili, elektron baza məlumatların işlənməsi, digər dövlət qurumları ilə əməkdaşlığın koordinasiyası və hesabat sistemi kimi mühüm  addımlardan ibarət fəaliyyət planı işlənib hazırlanıb. Bu müddət ərzində FHN, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, ƏƏSMN və digər dövlət strukturlarının nümayəndələri ilə çox saylı görüşlər keçirilib. Görülən işlərin nəticəsində 15 martdan etibarən psixoloji yardım mərkəzləri qazi və şəhid ailələrinə xidmət göstərməyə başlanıb.

Mərkəzlər hansı ərazi üzrə fəaliyyət göstərir?

Psixoloji yardım mərkəzləri Ağdam, Şəki, Şirvan, Lənkəran və Quba şəhərlərində mərkəzi rayon xəstəxanalarının ambulator şöbəsində yaradılıb. Həmin mərkəzlər Gəncə şəhərində 6 saylı, Sumqayıt şəhərində 3 saylı poliklinikada yerləşir. Bakı şəhəri üzrə psixoloji yardım mərkəzləri ATU-nin Tədris Terapevtik Klinikasının nəzdində, Xətai rayonu 7 saylı poliklinika, Yasamal rayonu 16 saylı poliklinika və Qaradağ rayonu 19 saylı BŞX- da fəaliyyət göstərir. Bununla yanaşı Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri aktiv şəkildə psixoloji yardım göstərməkdə iştirak edirlər. Bütün mərkəzlərin iş prinsipi ərazi üzrə işlənib, yəni hər mərkəz yaxın rayonlarda yaşayan qazilərə yardım göstərir.

Müraciət forması hansı şəkildə aparılır?

İstənilən müraciət edən qazi və şəhid ailəsi üzvünə yardım göstərilir. Həmçinin onlar digər dövlət qurumları tərəfindən də yönləndirilə bilər. Məsələn, onlar FHN-nin 112 qaynar xətt xidməti tərəfindən yönləndirilə bilər. Eyni zamanda yönləndirməni ərazi poliklinikası, sosial xidmətlər və digər qurumlar yerinə yetirir.

Neçə qazimiz hazırda bu mərkəzlərdə müalicə alır?

Hazırda müxtəlif müəssisələr tərəfindən həftəlik təxminən 500 qaziyə yardım göstərilir. Bunların 2/3 hissəsi ilkin, 1/3 hissəsi təkrar müraciətlər təşkil edir. Müasir prinsiplərə əsasən psixoloji yardım 3 növdə göstərilir- təcili və ya ilkin psixoloji yardım FHN mütəxəssisləri tərəfindən, orta müddətli yardım, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən və uzun müddətli yardım (psixososial reabilitasiya) Əmək və Əhali Sosial Müdafiə Nazirliyinin müəssisələrində göstərilir.

Hansı gələcək planlar var ?

Gözləyirik ki, aktiv psixoloji yardım və pasiyentlərin sağalması prosesi nəticəsində bu yardıma təlabat azalacaq. Psixoloji yardıma ehtiyacı olan qazilərin sayı da azalacaq. Eyni zamanda, qazilərin bir hissəsinin uzun müddətli psixoloji dəstəyə ehtiyacı qalacaq. Həmçinin qazilərin sayı azaldıqca bizim mütəxəssislər işsiz qalmayacaq. Cəmiyyətdə həmişə psixoloji çətinliklərlə üzləşən çox insan var. Perspektiv olaraq bu mərkəzlər həmin şəxslərə aktiv şəkildə yardım göstərə bilərlər. Fikrimcə tək böyük şəhərlərdə deyil, ölkənin hər rayonunda psixoloji yardım mərkəzləri yaradılmalıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma