Prezident İlham Əliyev Hacıqabulda avtomobil yolunun və bir sıra obyektin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gəlib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Səfər çərçivəsində dövlət başçısı Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyasının istismara verilməsində, Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsində, Hacıqabul Sənaye Məhəlləsinin açılışında və bir sıra digər biznes qurumlarının aqroparklarının açılışında iştirak edib.

Leave a Reply Cancel reply