Bəzi ölkələrdən diri quş, quş əti və yumurtanın idxalına qadağa qoyulub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində yüksək patogen quş qripinə aid epizootik vəziyyəti qiymətləndirmək məqsədilə aprelin 12-dən 16-dək növbəti dəfə monitorinqlər keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İran İslam Respublikasının Şərqi Azərbaycan, Rəzavi Xorasan, Simnan, Qəzvin və Əlburz əyalətlərində, həmçinin Almaniya Federativ Respublikasının Berlin şəhərində, Çexiya Respublikasının Kraloveqradetsk, Moraviya-Sileziya, Ustetsk, Zlin, İsveç Krallığının Vestmanland, Sordermanland, Halland inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə bu ərazilərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Leave a ReplyCancel reply