Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nizamnaməsi təsdiq edilib

Azərbaycan Respublikası Prezidenti ilham Əliyevin sərəncamı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nizamnaməsi təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları haqda daha ətraflı məlumat ilə burada tanış ola bilərsiniz.

Leave a Reply