Netflix-də yeni türk serialı yayımlanacaq – VİDEO

Yeni, “Fatma” adlanan serial Netflix-də artıq aprelin 27-də təqdim ediləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, türkdilli serialın 1-ci sezonu 6 bölümdən ibarətdir, hər bir bölüm 45-50 dəqiqə davam edəcək.

Filmin baş qəhrəmanı Fatma obrazını bir çoxunun hazırda türk telekanallarında yayımlanan “Kırmızı oda” və “Camdaki kız” seriallarından tanıdığı Burcu Biricik yaradıb. Serial psixoloji dram əsasında çəkilib. Filmin ssenarisi Özgür Önürme tərəfindən yazılıb, rejissoru isə Özer Feyzioğludur. “Fatma” serialında baş rollarda eyni zamanda Uğur Yücel, Mehmet Yılmaz Ak, Hazal Türesan, Olgun Toker, Gülçin Kültür Şahin, Deniz Hamzaoğlu və Çağdaş Onur Öztürk Burcu Biricik ilə birlikdə rol alıblar.

Serialın süjeti itkin düşən əri Zəfəri axtaran təmizlik işlərinə baxan qadının həyat dramı üzərində qurulub. Əslində görünməz olan bu qadın ərinin axtarışları zamanı özünü gözlənilməz bir xaosun mərkəzində tapır. Fatma, heç kimin şübhələnmədiyi görünməz bir “təmizləyici” olduğunu başa düşür…

Leave a Reply