Müəllimlər üçün qiymətləndirmə çərçivəsi tərtib olunub

Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsini müəyyən edən sənədlər toplusu hazırlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sənədlər toplusu ümumi və tam orta təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub. Həmin sənədlər 18 fənni, ibtidai sinif, metodika və pedaqogikanı əhatə edən məlumat kitabçasında öz əksini tapıb.

Məlumat kitabçasında hər fənn üzrə qiymətləndirmənin əsas məzmun sahələri və bu sahələr üzrə istifadə olunacaq tapşırıqların sayı göstərilib, iddiaçıların müsabiqəyə hazırlığına yardım etmək üçün müxtəlif fənlər üzrə əsas mövzular verilib. Bu, həm müsabiqə iştirakçılarını test tapşırıqlarının informasiya mənbəyi ilə tanış etmək, həm də onların fənnin tədrisi üçün zəruri olan nəzəri və praktiki bacarıqlarını yoxlamaq, mövcud dərsliklərdəki mövzuları bilmə, mənimsəmə səviyyəsini ölçmək məqsədini daşıyır.

Mövzular seçilərkən ümumtəhsil məktəblərinin ümumi və tam orta təhsil pilləsində istifadə olunan mövcud proqram və dərsliklərdəki tədris materialları əsas götürülüb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində öz əksini tapmış fənlər üzrə mövzular ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarını bitirmiş məzunların hər birinə bu və ya digər səviyyədə tanışdır.

MİQ-Çərçivə Sənədi-2021

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma