BNA 8 avtobus marşrutunun istiqamətini dəyişib

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gündən etibarən 8 avtobus marşrutunun istiqamətinin dəyişdiyi ilə bağlı məlumat yayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən Qədir Məmmədov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq:

“Bu səbəbdən M1, M2, M6, 11, 43, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib. Dəyişikliyə əsasən, 51 və 57 nömrəli marşrutlar: – X.Məmmədov küçəsi – Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi, M1,M2,M6,43 nömrəli marşrutlar “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə, 104 nömrəli müntəzəm marşrut – “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi – Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə, 11 nömrəli müntəzəm marşrut – Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Xudu Məmmədov küçəsi – İlqar Zülfüqarov küçəsi üzrə hərəkəti müəyyən edilib”.

❗ Sərnişinlərin nəzərinə ! 📣🚍 16.04.2021-ci il tarixdən Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən …

Опубликовано Bakı Nəqliyyat Agentliyi Четверг, 15 апреля 2021 г.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma