Azərbaycan Ermənistanın nağıllarına şeirlə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi Ermənistan baş naziri N.Paşinyanın ölkə parlamentində söylədiklərinə dair şərh yayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, şərh bu günlərdə Ermənistan Parlamentrində ölkənin baş naziri Nikol Paşinyanın çıxışına həsr edilib.

“14 aprel tarixində Ermənistan Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb. N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil”.

Şərhin sonunda, ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etməyə istəyən Azərbaycan XİN-i Hüseyn Cavidin şeirinə müraciət edib:

“ Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda.”

Leave a Reply Cancel reply