Təhsil Nazirliyi tender elan edib

Azərbaycan Respublikası Təhsil Nazirliyi dərsliklərin istehsalı ilə bağlı tender elan edib

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazirlik potensial malgöndərənləri (podratçıları) 2021- 2022-ci tədris ilinə ümumi orta təhsil səviyyəsi (5-9-cu siniflər) üçün kiçik ölçülü kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilən tenderdə iştirak etməyə dəvət edir.

Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilər.

Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan iddiaçıların həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) 20 may 2021-ci il saat 17.00-dək Bakı şəhəri, Xətai prospekti, 49 ünvanına aşağıdakı sənədləri təqdim etməlidir.

Tender haqqında ətraflı məlumatla burada  tanış ola bilərsiniz.

Leave a Reply