Pandemiya səbəbilə sərnişindaşımada yaranmış fasilə dövründə Bakı metropolitenində daha bir mühüm yenilik həyata keçirilir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, metropoliten tarixində ilk dəfə istismarda olan stansiyanın hər iki yolu yeni tipli infrastruktur üzərində qurulur.
“Birinci dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda, “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının ancaq bir yolunda tətbiq edilmiş dəmir-beton blokların daha geniş miqyasda tətbiqi davam etdirilir.Metropolitenin yeni Bənövşəyi xəttində də bu ənənə geniş tətbiq olunacaq. Hazırda “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən deposu-Avtovağzal” mənzilləri, həmçinin “8 Noyabr” stansiyası və dalan yollarında yeni tipli üstquruluş elementləri tətbiq edilir. Sərnişindaşıma fəaliyyətinin dayandırıldığı müddətdə “Elmlər Akademiyası” stansiyasındakı təmir-bərpa, yenidənqurma işlərinin tərkib hissəsi kimi həyata keçirilən layihəyə uyğun olaraq, stansiyanın hər iki yolu üzrə ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsinə başlanılıb”.
https://platform.twitter.com/widgets.jsPandemiya səbəbilə sərnişindaşımada yaranmış fasilə dövründə Bakı metropolitenində daha bir mühüm yenilik həyata keçirilir. Metropoliten tarixində ilk dəfə istismarda olan stansiyanın hər iki yolu yeni tipli infrastruktur üzərində qurulur.
— Bakı Metropoliteni QSC (@Baku_metro) April 14, 2021
Bununla yanaşı, sərnişindaşıma fəaliyyətinin dayandırıldığı müddətdə “Elmlər Akademiyası” stansiyasındakı təmir-bərpa, yenidənqurma işlərinin tərkib hissəsi kimi həyata keçirilən layihəyə uyğun olaraq, stansiyanın hər iki yolu üzrə ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsinə başlanılıb.
https://platform.twitter.com/widgets.jsSərnişindaşıma fəaliyyətinin dayandırıldığı müddətdə “Elmlər Akademiyası” stansiyasındakı təmir-bərpa, yenidənqurma işlərinin tərkib hissəsi kimi həyata keçirilən layihəyə uyğun olaraq, stansiyanın hər iki yolu üzrə ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsinə başlanılıb. pic.twitter.com/ED80PGCrbm
— Bakı Metropoliteni QSC (@Baku_metro) April 14, 2021