“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

Layihə çərçivəsində12-30 aprel 2021-ci il tarixlərində 3 həftə davam edəcək təlim keçirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzi Sankt-Peterburq Dövlət Universitetinin (SPDU) dəstəyi ilə “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayıb və layihə çərçivəsində onlayn təlimin ilk sessiyası 12 aprel tarixində baş tutub. İlk sessiyada ТРКИ imtahanının yoxlama-ölçmə materiallarına dair rəsmi sənədlər (rus dili xarici dil kimi fənninin proqramları və standartları), CEFR təqdim olunub. 

Təlim 12-30 aprel 2021-ci il tarixlərini əhatə edir və 3 həftə davam edəcək. Təlimdə iştirakçıları aşağıdakı mövzulara dair bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər: 

●     dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;

●     Dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;

●     qrammatika və lüğət bazasının qiymətləndirilməsi;

●     fərqli səviyyələr üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi. 

Xatırladaq ki, layihənin iştirakçıları DİM-in rus dili xarici dil kimi fənni üzrə ekspertləri və daha öncə elan edilmiş müsabiqə əsasında seçilmiş rus dili müəllimləridir. 

“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsi üzrə təlimçi SPDU-nun rus dilinin qiymətləndirilməsi üzrə mütəxəssisləridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma