Qəbul imtahanı testlərinə Vətən müharibəsi ilə bağlı suallar əlavə edilib

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanı testlərinə Vətən müharibəsi ilə bağlı suallar əlavə edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair “Abituriyent” jurnalının 1-ci sayında tarix fənni üzrə qəbul proqramında verilmiş mövzular əsasında Azərbaycan və rus dilində hazırlanmış məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война).

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.

Material yaxın vaxtlarda “Abituriyent” jurnalının 2-ci sayında da dərc olunacaq.

Leave a Reply Cancel reply