Prosesing mərkəzi kart əməliyyatlarını müvəqqəti dayandırır

Prosesing mərkəzi sistemini yeniləyir.

“AzeriCard” prosessinq mərkəzi 2021-ci il aprelin 15-də xidmətlərin göstərilməsini dayandıracaq.

Mərkəzin Vətəndaşlara xidmət departamentindən Trend-ə bildiriblər ki, xidmətlərin göstərilməsi gecə 01:30-06:00 arası dayandırılacaq.

Qeyd olunub ki, bu müddət ərzində prosessinq mərkəzinin əməkdaşlıq etdiyi bütün bank kartları ilə əməliyyatlar söndürüləcək. Bu, şirkətin göstərdiyi xidmətlərin yenilənməsi və təkmilləşdirilməsi işləri ilə bağlıdır.

Leave a Reply Cancel reply