Bu gün müqəddəs Ramazan ayının ilk günüdür

Bu gün, 14 aprel, Azərbaycanda bütün müsəlmanlar üçün müqəddəs Ramazan ayının ilk günüdür.

TIME bildirir ki, müsəlmanların müqəddəs kitabı olan Quranda Ramazan ayında tutulan orucla bağlı surədə qeyd edilib ki,

“Ey iman gətirənlər. Oruc sələfləri üçün vacib olduğu kimi sizin üçün də vacibdir, belə ki pis əməllərdən çəkinin! “

Oruc ehtiyacı olanların vəziyyətini anlamaq, mərhəmət və fəzilət təzahürü göstərmək, saflığa riayət etmək, insanda səbir və təmkin kimi xüsusiyyətlər yetişdirməyi təşviq edən ilahi bir xidmətdir.

Mübarək Ramazan ayında uşaq evlərinə, yaşlı insanlara, imkansız və müdafiəsiz insanlara mənəvi və maddi yardımların göstərilməsi təşviq olunur.

Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək.

Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.

Bu il Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcək.

Leave a Reply