Ekologiya və Təbii Sərvətlər Nazirliyi hərrac elan edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Goranboy rayonu Qarasuçay qum-çınqıl yatağının ərazisində yer təki sahələrinin istifadəyə verilməsi üzrə açıq hərrac elan edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hərrac 5 lot üzrə keçirilir:

  N  Yatağın adı  LOT  SahəsiFaydalı qazıntının növüBaşlanğıc qiyməti  Beh məbləği
  1.  Qarasuçay  LOT-1  8.0 ha  Qum-çınqıl  36 000 manat  10%
  2.  Qarasuçay  LOT-2  5.0 ha  Qum-çınqıl  22 500 manat  10%
  3.  Qarasuçay  LOT-3  10.0 ha  Qum-çınqıl  45 000 manat  10%
  4.  Qarasuçay  LOT-4  15.0 ha  Qum-çınqıl  67 500 manat  10%
  5.  Qarasuçay  LOT-5  10.0 ha  Qum-çınqıl  45 000 manat  10%

Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
  • Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
  • İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə – nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə – şəxsiyyəti  təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
  • İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin surəti;
  • İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.

İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 03 may 2021-ci il saat  16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər.

Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Agentliyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə (bundan sonra “ərizə”) təqdim edir.

Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır. Hərracla bağlı daha ətraflı məlumatı Elanda və Təlimat-da əldə edə bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma