Azərbaycanla Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir

Aprelin 13-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviçlə görüşüb.


TIME rəsmi mənbəyə istinadən bildirir ki, AQTA ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən Qoşqar Təhməzli son dövrlərdə Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması və inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qəbul olunmuş qərarlar barədə qonaqlara ətraflı məlumat verib.

Agentlik sədri ölkəmizdə heyvan sağlamlığının təmin olunması, baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili və heyvanların identifikasiyası sisteminin qurulması ilə bağlı görülən tədbirlərdən danışıb. Bildirib ki, heyvan sağlamlığının təmin olunması sahəsində əməkdaşlığın genişləndirilməsi, baytarlıq dərmanlarının istehsalında Belarus Respublikasının təcrübəsinin öyrənilməsi, həmçinin qida təhlükəsizliyi sahəsində informasiya sistemlərinin inteqrasiyası iki ölkə arasında münasibətlərin inkişafına yeni töhfələr verəcəkdir.
Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib və heyvan sağlamlığı, baytarlıq dərmanları, yem və yem əlavələrinin tədqiqi və qeydiyyatı, o cümlədən elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında qida məhsullarının idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan nəzarət tədbirləri müzakirə olunub. Qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya sahəsində Belarus Respublikasının ixtisaslaşmış universitetləri ilə birgə təlim və seminarların təşkilinə dair fikir mübadiləsi aparılıb.
Sonda Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç AQTA sədri Qoşqar Təhməzlini bu ilin 1-5 iyun tarixlərində keçiriləcək “Belagro” sərgisinə dəvət edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma