Müəllimlər üçün onlayn müsahibələrə sənəd qəbulu başlayır

Aprelin 13-dən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbuluna başlanılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, namizədlər aprelin 13-dən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Daha sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanları müvafiq xanaya yazılmaqla iştirak təsdiq edilməlidir.

Elektron sənəd qəbulu üçün son müraciət tarixi 14 aprel saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, müsahibələr “Microsoft Teams” platforması üzərindən onlayn həyata keçiriləcək.

Cari müsahibələr başa çatdıqdan sonra apellyasiya prosesinin təşkili nəzərdə tutulub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma