Füzulinin “Araz” qəzetinin redaksiyası bərpa ediləcək

Füzulidə ermənilər tərəfindən dağıdılmış “Araz” qəzetinin redaksiyası bərpa ediləcək.

TIME bildirir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Twitter” hesabında etdiyi paylaşımda qeyd edib.

“Bu Fizulidə ki “Araz” qəzetinin redaksiyasıdır. Əsası 1931-ci ildə Füzulidə qoyulmuş “Araz” qəzeti Ermənistanın işğalından öncə regionda əsas media orqanı olub. Binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas edilib. Biz onu bərpa edəcəyik”.

https://platform.twitter.com/widgets.js

Qeyd edək ki, müxtəlif mənbələrdən əldə edilmiş məlumata əsasən, Fizuli rayonunda ilk dəfə “Qızıl Araz” adlı qəzet 1931-ci ildə dərc olunmuşdur. Həmin qəzet 1966-cı ilə qədər «Qızıl Araz», 1966-cı ildən sonra isə “Araz” adı ilə dərc olunub. Fuzuli rayon partiya komitəsinin orqanı kimi fəaliyyət göstərib. Erməni işğalından sonra rayonda qəzetin fəaliyyəti 1997-ci ildə bərpa olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin köməkliyi sayəsində məcburi köçkünlərin işğaldan azad olunmuş əraziyə geri qayıdaraq məskunlaşmasının rəmzi olaraq rayon İcra Hakimiyyətinin və redaksiyanın yaradıcı kollektivinin orqanı kimi qəzet “Qayıdış” adı ilə dərc olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma