Bu gündən jurnalistlərin vaksinasiyasına start verilib

Bu gündən etibarən Azərbaycanda jurnalistlərin vaksinasiyasıına başlanlıb, ilk gün 50 jurnalistə peyvənd vurulacaq.

Trend-in verdiyi məlumata əsasən, jurnalistlərin vaksinasiyası könüllü müraciətlər əsasında Mətbuat Şurasının binasında səyyar briqadalar tərəfindən həyata keçirilir.

TƏBİB rəsmisi Elnarə Baxış bildirib ki, gün ərzində 50 jurnalistin vaksinasiya olunması nəzərdə tutulur:

“Aprelin 2-dən ibarət olaraq vaksinasiya prosesinə səyyar formada da başlanılıb. Mətbuat Şurasının binasında da səyyar formada vaksinasiya həyata keçirilir. 18 yaşdan yuxarı mətbuat işçiləri müraciət edərək vaksinasiyada iştirak edə bilər”.

Xatırladaq ki, jurnalistlərin “Coronavac” vaksini ilə peyvənd olunacağı bildirilib.

Leave a Reply