“Yaşıl Marafon” kampaniyası çərçivəsində daha 1500 ağac əkilib – FOTO

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində növbəti ağacəkmə aksiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qoşulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazirliyin əməkdaşları, DOST könüllüləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin əməkdaşları tərəfindən Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində 2 hektar ərazidə 1500-dək ağac (şam və zeytun) əkilib.

Ağacəkmə aksiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və  Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də iştirak edib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bu aksiyaların əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

“Yaşıl Marafon” çərçivəsində yaz və payız əkin mövsümləri müddətində ölkədə 1 milyona yaxın ağac əkilməsi, yaşıllıq sahələrinin artırılması nəzərdə tutulub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma