Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərara əsasən dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə onun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir.

Leave a Reply