Əmək bazarında şəffaflığın artması büdcə daxilolmalarına müsbət təsir edir

Azərbaycan dövlət büdcəsinə nəzərdə tutulandan 107 milyon manat çox məcburi dövlət sosial sığorta üzrə daxilolmalar qeydə alınıb. Vergi daxilolmaları da artıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov özünəməxsus Twitter hesabinda bildirib:

“2021-ci ilin 1-ci rübündə məcburi dövlət sosial sığorta ayırmaları üzrə büdcəyə 895 mln. manatdan artıq vəsait daxil olub (nəzərdə tutulandan 107 mln. manat çox). Əlavə daxilolmanın 75,1 mln. manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Əmək bazarında şəffaflıq artır. 2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinə vergi daxilolmaları 2085,73 mln. manat təşkil edib. Proqnoza 121,1% əməl edilib. Birinci rübdə büdcəyə əlavə daxilolmalar 363,8 mln. manatdan çox olub ki, bunun da 211,1 mln. manatı #qeyrineft-qaz sektorunun payına düşür”.

https://platform.twitter.com/widgets.js https://platform.twitter.com/widgets.js

Leave a Reply