İkili diplom proqramına sənəd qəbulu davam edir

ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir.


TIME rəsmi mənbəyə istinadən bildirir ki, proqram üzrə sənədlərin son qəbul tarixi aprelin 20-dir. 

Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil”, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə” və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.

Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür.

Leave a Reply