Dini icma rəhbərləri Ağdamda Cümə məscidini ziyarət ediblər- VİDEO/FOTO

Ağdamda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və digər dini konfessiyaların rəhbərləri Ağdamın Cümə məscidini ziyarət ediblər.

Trend-in verdiyi məlumata əsasən, A.Paşazadə və digər dini icma rəhbərləri ibadət ediblər. Məsciddə namaz qılınıb.

Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyublar.

Qeyd edək ki, QMİ sədri Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edirlər.

Allahşükür Paşazadə deyib ki, Ermənistan 30 il ərzində bütün dini abidələrimizi dağıdıb:

“Ağdam həmişə öz siması ilə seçilən şəhərlərdən olub. Bu gün isə Ağdama baxanda insanın ürəyi ağrıyır. Ermənistanın məqsədi Azərbaycana aid izləri buradan silmək olub. Qəbiristanlıqda gördüklərimiz, dağıdılan məzarlar insanlığa xas olan əlamətlər deyil. Qarabağ şəhidlərinin məzarlığında olduq. Orada 150-dən çox şəhid məzarı var. Qəbirlərin qazılaraq qalıqların çıxarıldığını gördük. Bundan sonra hər birimizin borcudur ki, bu torpaqları bərpa edək. Bizim zəfərimiz bütün İslam dünyası üçün böyük qələbədir”.

Vladimir Fekete bildirib ki, bu torpaqları bərpa etmək, Azərbaycanı gözəl məkana çevirmək böyük işdir və din xadimlərinin missiyası dua etməkdir.

O, dini liderlərin bu əraziyə səfəri ideyasını irəli sürdüyünə və səfərin təşkilinə görə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür edib.

İcma rəhbəri qeyd edib ki, bütün azərbaycanlılar bu torpaqlara gəlmək istəyir. Səfərin əsas məqsədi də bu torpaqların azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş gənc insanlara, bütün zərər çəkmiş insanlara dualar oxumaqdır: “Dua etməliyik ki, Allah bizim Prezident İlham Əliyevə, dövlətin rəhbərliyinə kömək olsun, bu torpaqlar ildən-ilə inkişaf etsin, çiçəklənsin, cənnətə çevrilsin. Bütün dünyaya da göstərək ki, bu torpaqlarda necə dağıntılar törədilmişdi və Allahın köməyi ilə bu əraziləri necə bərpa etdik”.

Milix Yevdayev deyib ki, gördüyü bu mənzərə insanlıqdan kənar olan elə bir vandalizmin canlı təzahürüdür ki, bu, bəşər dünyasında görünməyən bir şeydir.

O bildirib ki, buna ərşə çəkilən zülüm deyərlər: “Ona görə də istər Qurani Krimdə, istər müqəddəs Tövratda, istər İncildə deyilir ki, heç kəsin qisası heç kəsdə qalmır və bütün səmavi dinlər təcavüzə təcavüz deyirlər.

Ona görə də Azərbaycan xalqının bugünkü qələbəsi həm də güclü ədalətin qələbəsidir. Ədalət güclü olmasa, qalib gələ bilməz. Güclü ədalətimiz də ordunun, xalqın möhtərəm Ali Baş Komandanla birliyi və dəmir yumruq sayəsində mümkün oldu”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma