“Əmək bazarının təhlili” mövzusunda videokonfrans keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin, eyni zamanda prioritet peşə ixtisaslarının müəyyən edilməsi” mövzusunda videokonfrans təşkil edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, konfransda Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Peşə təhsil müəssisələrinin və 50-dən çox işəgötürən nümayəndələri iştirak edib.

Onlayn formatda təşkil olunan konfransda işəgötürənlərin kadr ehtiyacları, müvafiq peşə sahələri üzrə peşəkar işçilərin cəlb olunmasında yaranan problemlər və cari ildə qiymətləndirilməsi və tanınması həyata keçiriləcək prioritet peşə ixtisasları müzakirə olunub. Əlavə olaraq, Agentlik tərəfindən əmək bazarının təhlilinə dair keçirilmiş sorğunun nəticələri əsasında hazırlanmış hesabat iştirakçılara təqdim edilib.

Konfrans əsnasında tədqiqatçılar və peşə təhsili sahəsində çalışan digər maraqlı şəxslər əlaqəli mövzularda fikir mübadiləsi apararaq, işəgötürənlərin təkliflərini dinləyib  və açıq suallarını cavablandırıb.

Daha ətraflı onlayn konfransın video yazısı ilə keçid vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin öyrənilməsi məqsədi ilə aparılan sorğu aprel ayının sonunadək davam edəcək. TKTA sahibkarları sorğuda iştirak etməyə dəvət edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma