Jurnalistlər binasının internet və rabitə problemi aradan qaldırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumu Jurnalistlər binasında stasionar rabitə və internet qoşulma probleminin operativ şəkildə həll etdi.

TIME bildirir ki, aprelin 5-dən 6-na keçən gecə saatlarında 1-ci Jurnalistlər binasının interneti və telefon rabitəsi sıradan çıxıb və bina stasionar rabitəsiz qalıb.

ATS-dən verilən məlumata əsasən problemin həlli ilə bağlı səhər saatlarında xüsusi laboratoriyadan binanın daxili şəbəkəsinə müdaxilə etməmək tapşırığı verilib və rabitənin avtomatik işə düşəcəyi qeyd edilib.

Binada, mobil rabitədən başqa, alternativ qoşulma imkanlarının olmadığı üçün bu cür fövqəladə hallarda, bina sakinləri distant təhsil sistemindən və bir sıra xidmətlərdən istifadə etməkdə çətinliklər çəkirlər.

Leave a Reply