Aprelin 5-dən 6-na keçən gecə saatlarından 1-ci Jurnalistlər binasının interneti və telefon rabitəsi sıradan çıxıb və bina stasionar rabitəsiz qalıb.
TIME müvafiq ATS-in verdiyi məlumata əsasən bildirir ki, xüsusi laboratoriyadan binanın daxili şəbəkəsinə müdaxilə etməmək tapşırığı verilib və rabitənin avtomatik işə düşəcəyi gözlənilir.
Nəzərə alsaq ki, aprelin 5-dən Bakıda məktəblər tədrisi distant formada həyata keçirir və bir çox jurnalist distant şəkildə evdən işləyir baş vermiş qəza bina sakinlərinə böyük narahatçılıq yaradıb.