Bakıda anomal hava şəraiti müşahidə olunub – FOTO

Bu gün səhər saatlarında havada toz dumanı müşahidə olunub.

TIME Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən bildirir ki, bu gün səhər saatlarında Bakı və Abşeron yarmadasında havada tozun miqdarının normadan çox olduğu müəyyən edilib.

Müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb istiqamətli küləklərin istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrini atmosferin yuxarı təbəqələrinə qaldırmasıdır. 

Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır.

Qeyd edək ki, son bir həftə ərzində Monqolustanda, Koreyada, Qətərdə və bir sıra digər ölkələrdə anomal tozlu və küləkli hava müşahidə olunub.

Leave a Reply