Türkiyədən idxal edilən kətan toxumu yararsız çıxıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, həyata keçirilən nəzarət tədbirləri zamanı “Özerol Group” MMC tərəfindən Türkiyədən ölkəmizə idxal edilən 150 kq kətan toxumu məhsuluna baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Leave a Reply